Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Mayın 3-də Bakı şəhər sakini C.İsayevin "Tofaş" markalı avtomobilindən oğurluq törətməkdə şübhəli bilinən Ağsu rayon sakini Ə.Bədəlov tutulub

24.06.2017

Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 3-də Bakı şəhər sakini Cavid İsayevin "Tofaş" markalı avtomobilindən içərisində 850 manat pul və sənəd olan çantanı oğurlamaqda şübhəli bilinən Ağsu rayon sakini Əlisahib Bədəlov tutulub. Onun mayın 17-də rayon ərazisindəki mağazalardan birindən 110 manat pul oğurlaması da müəyyən edilib.

Ə.Bədəlovun ətrafında Yasamal RPİ 27-ci PB-nin əməkdaşları tərəfindən aparılan əlavə tədbirlərlə onun cari il may ayından iyun ayınadək olan müddətdə Yasamal rayonu ərazisində 1 avtomobildən 360 manat pul və mobil telefon, 1 aptekdən isə 300 manat pul və müşahidə kamerasının yaddaş qurğusunu oğurlaması müəyyən edilib.