Gün ərzində 61 cinayət faktı qeydə alınıb
18.06.2017Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 61 cinayət faktı qeydə alınıb, onların da 11-i “isti izlər”lə açılıb.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər tutulub.