Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Faiq Əliyev, Fuad Kazımov və Arif Əhmədov tutulublar
11.06.2017Səbail RPİ 9-cu PB-nin əməkdaşları tərəfindən iyunun 7-də Aleksandr Anfinogenova məxsus velosipedi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Faiq Əliyev, Fuad Kazımov və Arif Əhmədov tutulublar. Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların 2 evdən pul, mobil telefon və inşaat materialları oğurlamaları da müəyyən edilib.