Bərdə rayonunun Lək kəndi ərazisində yol-nəqliyyat hadisəsi
10.06.2017İyunun 10-da saat 21 radələrində Bərdə rayonunun Lək kəndi ərazisində rayon sakini Hüseyn Süleymanov idarə etdiyi “QAZel” markalı avtomobili yolun kənarında dayanmış həmyerlisi Elçin Hüseynova məxsus “Shacman” markalı avtomobilə vurub.
Nəticədə H.Süleymanovun sərnişini, oğlu Yasin hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.
Bərdə RPŞ tərəfindən araşdırılma aparılır.