Oğurluq etməkdə şübhəli bilinən qrupun üzvü Bakı şəhər sakini Elbrus Məmmədov tutulub
30.05.2017Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 21-də rayon ərazisində 1 ev və 1 mağazadan oğurluq etməkdə şübhəli bilinən qrupun daha bir üzvü – Bakı şəhər sakini Elbrus Məmmədov tutulub. Ətrafında aparılan tədbirlərlə onun rayon ərazisində 4 avtomobildən ehtiyyat hissələri və məişət əşyaları, habelə Lökbatan qəsəbəsi ərazisindəki yaşayış komplekslərindən birində quraşdırılan kranı elektrik enerjisi ilə təmin edən kabelin 60 metrlik hissəsini kəsərək oğurlaması da müəyyən edilib.