Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Suraxanı rayonu ərazisində taksi sürücünü bıçaqla hədələyərək pulunu alan R.Əlili tutulub

25.05.2017

Mayın 24-də Binəqədi rayonu 9-cu mikrorayon ərazisində naməlum şəxsin Bakı şəhər sakini Qabil Rəhimovun idarə etdiyi “NazLifan” markalı avtomobilə sərnişin qismində oturaraq Əmircan qəsəbəsinə gedəcəyini bildirməsi, qəsəbə ərazisində isə həmin şəxsin sürücünü bıçaqla hədələyərək ondan 53 manat pul alaraq hadisə yerini tərk etməsi barədə Suraxanı RPİ 31-ci PB-yə məlumat daxil olub.

31-ci PB əməkdaşları tərəfindən dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Rauf Əlili tutulub.