Şabran rayonu ərazisindəki avtomobillərin təmiri sexlərindən birində çilingər işləyən Vüqar Əlverdiyev bədbəxt hadisə nəticəsində ölüb
09.05.2017Mayın 9-da Şabran rayonu ərazisindəki avtomobillərin təmiri sexlərindən birində Dəvəçi kənd sakini Məmməd Məmmədov "VAZ-21099" markalı avtomobilini itələyərkən ehtiyatsızlıqdan orada çilingər işləyən Vüqar Əlverdiyevi divara sıxıb və nəticədə usta hadisə yerində ölüb.