Gün ərzində 85 cinayət faktı qeydə alınıb
05.05.2017Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 85 cinayət faktı qeydə alınıb, onların da 21-i “isti izlər”lə açılıb.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 19 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
- Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 9 nəfər xəsarət alıb.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər tutulub.