Avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Ramil Əliyev tutulub
03.05.2017Cari il aprelin 30-dan mayın 2-dək olan müddətdə Xətai rayonu ərazisində Bakı şəhər sakini Sahib Namazova məxsus "VAZ-2107" markalı avtomobildən akkumulyator və maqnitofon oğurlanıb.
Xətai RPİ 35-ci PB-nin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ramil Əliyev tutulub. Aparılan tədbirlərlə onun daha 3 avtomobildən akkumulyator, maqnitofon, habelə 1 kafedən məişət əşyaları oğurlaması da müəyyən edilib.