Sumqayıt şəhər sakini Məzahir Əliyevdən ov tüfəngi götürülüb
02.05.2017Mayın 2-də Sumqayıt şəhəri Corat bağlar sahəsində şəhər sakini Məzahir Əliyev sərxoş halda ov tüfəngindən havaya 2 dəfə atəş açıb.
M.Əliyev Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılıb və ondan müvafiq sənədləri olan tüfəng götürülüb.