Ağstafa rayonunun Qarahəsənli kəndində yol-nəqliyyat hadisəsi
02.05.2017Mayın 2-də saat 13 radələrində Ağstafa rayonunun Qarahəsənli kəndində Qazax rayon sakini Elbrus Mehdiyev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən kənd sakini Tofiq Namazovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Ağstafa RPŞ tərəfindən araşdırma aparılır.