Şəki rayonunun İbrahimkənd kənd sakini Tofiq Səfərovu qətlə yetirməkdə şübhəli bilinən yeznəsi Vidadi Balıyev tutulub
30.04.2017Aprelin 30-da Şəki rayonunun İbrahimkənd kəndinin meşə zolağında kənd sakini Tofiq Səfərovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.
Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən mərhumun yeznəsi - Aşağı Küngüt kənd sakini, əvvəllər məhkum olunmuş Vidadi Balıyev tutulub, hadisəni törədərkən istifadə edilən “TOZ-16” markalı ov tüfəngi götürülüb.