Oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Emil Axundov və Aleksandr Yermakov tutulublar
27.04.2017Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayon ərazisində 1 mağazadan məişət əşyaları, bir nəfərin cibindən mobil telefon, 2 evin girişlərindən təmir-tikinti alətləri və velosiped oğurlamaqda, habelə 1 evdən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Emil Axundov və Aleksandr Yermakov tutulublar.