Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Quldurluqda şübhəli bilinən Bakı şəhər sakini Murad Səfərov, Tərtər rayon sakini Gülər Bəxtiyarzadə və Abşeron rayon sakini Elvin Salahov tutulub, daha 2 nəfər isə müəyyən edilib

26.04.2017

Aprelin 26-da saat 4 radələrində Nəsimi rayonu ərazisində yaşayan Səyyad Cəbiyevin mənzilinə aldatma yolu ilə girən 4 naməlum şəxs onun başına dəmir parçası ilə xəsarət yetirərək oradan içərisində 200 manat pul və sənədlər olan pulqabısını aparıblar.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinənlər - Bakı şəhər sakini Murad Səfərov, Tərtər rayon sakini Gülər Bəxtiyarzadə və Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Elvin Salahov tutulub, daha 2 nəfər isə müəyyən edilib.