Bakı şəhər sakini Qərib Sadıqovdan ümumilikdə 2 kiloqram 56,58 qram heroin götürülüb
25.04.2017Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Qərib Sadıqovdan 0,403 qram heroin götürülüb. Onun yaşadığı evə baxış zamanı isə əlavə olaraq 2 kiloqram 56,177 qram heroin aşkar edilərək götürülüb.