DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Tovuz şəhər sakini Raya Bayramovanı qətlə yetirməkdə şübhəli bilinən Vidadi Vəliyev tutulub

24.04.2017

Aprelin 22-də Tovuz şəhər sakini Vahid Bayramov RPŞ-yə müraciət edərək aprelin 20-də bacısı Raya Bayramovanın evdən çıxmasını və geri qayıtmamasını bildirib.

Görülən tədbirlərlə R.Bayramovanın baş nahiyəsində xəsarəti olan meyiti müdiri olduğu Tovuz Dövlət Sığorta İdarəsinin inzibati binasında tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən həmin idarədə mühasib işləyən şəhər sakini Vidadi Vəliyev tutulub.

24.04.2017 tarixinə olan kriminal məlumatlar