DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Tovuz rayon sakini olan 15 yaşlı yeniyetmənin ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılan atəşdən qardaşı ölümcül xəsarət alıb

20.04.2017

Aprelin 20-də Tovuz rayonunun İbrahimhacılı kəndində kənd sakini olan 15 yaşlı yeniyetmə ov tüfəngi ilə ehtiyatsız davrandığından açılan atəşdən qardaşı, Rusiya vətəndaşı Sərxan İsmayılov xəsarət alıb və hadisə yerində ölüb.

Tovuz RPŞ əməkdaşları tərəfindən hadisə yerindən "TOZ-16" markalı tüfəng götürülüb.

Faktla əlaqədar cinayət işi başlanılıb. Araşdırma aparılır.

20.04.2017 tarixinə olan kriminal məlumatlar