Oğurluqda şübhəli bilinən Füzuli rayonunun Qarabağ kənd sakini Ruslan Əliyev saxlanılıb
11.04.2017DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Füzuli RPŞ əməkdaşlarının keçirdikləri tədbirlərlə cari il yanvarın 29-da rayon ərazisindəki evlərdən birindən 500 manat pul və 1 cüt qızıl sırğa oğurlamaqda şübhəli bilinən Qarabağ kənd sakini Ruslan Əliyev saxlanılıb. Ətrafında aparılan tədbirlərlə onun yanvarın 28-də rayon ərazisindəki daha bir evdən mobil telefon və qızıl üzük oğurlaması da müəyyən edilib.