Oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakini Zaur Nəsirov tutulub
03.04.2017Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ə.Naxçıvani küçəsindəki evlərdən birinin girişindəki su sayğacını oğurlamağa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Nəsirov tutulub. Ətrafında aparılan tədbirlərlə onun rayon ərazisindəki 3 evin liftlərinin əyləc dolaqlarını, habelə 8 mənzilin su sayğaclarını oğurlaması da müəyyən edilib.