Oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini Tofiq Məmmədov tutulub, digər 1 nəfər isə müəyyən edilib
28.03.2017Martın 26-da Binəqədi rayonu ərazisindəki evlərdən birinin saxlanc yerindən 4 ədəd təkər və disk oğurlanıb.
Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Tofiq Məmmədov tutulub, digər 1 nəfər isə müəyyən edilib.
Ətrafında aparılan tədbirlərlə onların 3 nəfərə məxsus velosipedləri, habelə 1 avtomobildən monitor oğurlamaları da müəyyən edilib.