Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakinləri Ülvi Əliquliyev və İzmir Əliyev tutulublar
26.03.2017Gəncə ŞBPİ və Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən il dekabrın 28-də və cari il martın 19-da şəhər ərazisində 1 sexdən və 1 evdən məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Ülvi Əliquliyev və İzmir Əliyev tutulublar. Ü.Əliquliyevin ətrafında aparılan tədbirlərlə onun ötən il sentyabrın 10-da daha 1 evdən məişət əşyaları oğurlaması da müəyyən edilib.