Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakini, 64 yaşlı Firuddin Hüseynovu qətlə yetirməkdə şübhəli bilinən paytaxt sakini Zakir Məmmədov tutulub

12.03.2017

Fevralın 5-də Bakı şəhər sakini, 64 yaşlı Firuddin Hüseynovun üzərində baş nahiyəsinə küt alətlə xəsarət yetirilməyə xarakterik olan meyidi Nərimanov rayonu F.Yusifov küçəsindəki mənzilində tapılıb.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri ilə qətli törətməkdə şübhəli bilinən paytaxt sakini Zakir Məmmədov tutulub. Onun Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.

12.03.2017 tarixinə olan kriminal məlumatlar