Şəmkir rayonunun Qasımalılar kəndində yol-nəqliyyat hadisəsi
09.03.2017Martın 9-da saat 12 radələrində Şəmkir rayonunun Qasımalılar kəndində Gədəbəy rayon sakini Zirəddin Vəliyev idarə etdiyi “VAZ-2121” markalı avtomobili aşırıb. Nəticədə onun sərnişini, arvadı Vəzifə və nəvəsi Elzaməddin hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.
Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.