Oğurluqda şübhəli bilinən Abşeron rayonunun Fatmayı kənd sakinləri Namiq Abışov və Ramil Abdullayev tutulublar
07.03.2017Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlərlə yanvarın 21-də Fatmayı kəndindəki evlərdən birindən spirtli içki, tütün məmulatı, qızıl, geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən kənd sakinləri Namiq Abışov və Ramil Abdullayev tutulublar.