Binə qəsəbəsində İlahə Ağayevanı qətlə yetirməkdə şübhəli bilinən Nəcəf Nəcibovun tutulması üçün əməliyyat-axtarış tədbirləri aparılır
04.03.2017Martın 5-də saat 04 radələrində Xəzər rayonunun Binə qəsəbəsində İlahə Ağayevanın yaşadığı evə gəlmiş həmyerlisi, əvvəllər məhkum olunmuş Nəcəf Nəcibov (nişanlısı) münaqişə zəminində ona və bacısı Rəhiməyə bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib. İ.Ağayeva hadisə yerində ölüb, Rəhimə isə xəstəxanaya yerləşdirilib.
Xəzər RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.