Göygöl rayonunun Quşqara kəndində yol-nəqliyyat hadisəsi
04.03.2017Martın 4-də saat 20 radələrində Göygöl rayonunun Quşqara kəndində rayon sakini Məzahir Məmmədov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Gədəbəy rayon sakini Bəylər Haqverdiyevi vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Göygöl RPŞ tərəfindən araşdırma aparılır.