Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
03.03.2017Martın 3-də saat 14 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Tovuz rayon sakini Cavad Abbasov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən Qax rayon sakini Fariz Əliyevi vurub. F.Əliyev xəstəxanaya aparılarkən yolda ölüb.
Qaradağ RPİ tərəfindən araşdırma aparılır.