Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakini Püstəxanım Muxtarovaya qarşı soyğunçuluq etmiş şəxs saxlanılıb

01.03.2017

Martın 1-də Nəsimi rayonunun Moskva prospektində naməlum şəxs Bakı şəhər sakini Püstəxanım Muxtarovaya zor tətbiq edib içərisində 50 manat pul, mobil telefon, qızıl əşyalar və sənəd olan çantasını soyğunçuluq yolu ilə alıb.

Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən Qazax rayon sakini, əvvəllər məhkum olunmuş Əli Əliyev tutulub. Ondan 9,257 qram marixuana götürülüb.

Ətrafında aparılan tədbirlərlə onun fevralın 27-də daha bir paytaxt sakininin içərisində 55 manat pul, mobil telefon, eynək və açar olan çantasını soyğunçuluq yolu ilə alması da müəyyən edilib.

01.03.2017 tarixinə olan kriminal məlumatlar