Oğurluqda şübhəli bilinən paytaxt sakinləri Babək Mirzəyev və Əflatun Xəlilov tutulublar
26.02.2017Baş Cinayət-Axtarışı İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi və Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 25-də Bakı şəhər sakini Azər Abızadənin "Hyundai" markalı avtomobilinin təkərlərini oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri Babək Mirzəyev və Əflatun Xəlilov tutulublar.
Ətraflarında aparılan tədbirlərlə onların daha 2 avtomobildən hava yastığı, pul və ətir oğurlamaları da müəyyən edilib.