DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Soyğunçuluq etdiyinə görə tutulan Elgün Feyzullayevin digər şəxslərlə əlbir olaraq törətdiyi cinayət əməlləri də müəyyən edilib

19.02.2017

Soyğunçuluq etdiyinə görə tutulan Elgün Feyzullayevin ətrafında Abşeron RPİ əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun ötən il martın 5-də qardaşı Elvin və Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş Raqib Mirişovla birgə Abşeron rayonu ərazisindəki avtomobillərin yuyulması məntəqələrindən birindən avadanlıqlar oğurlamaları da müəyyən edilib.

Əməliyyat tədbirləri ilə Elvin Feyzullayev və Raqib Mirişov tutulublar.

Elvin Feyzullayevin fevralın 17-də qohumu Vüqar Feyzullayevlə birgə 2 evdən kombi aparatları, musiqi mərkəzi və təmir-tikinti aləti oğurlamaları da müəyyən edilib və görülmüş tədbirlərlə V.Feyzullayev də tutulub.