Mağazalardan oğurluq etməkdə şübhəli bilinən dəstə üzvləri saxlanılıb
12.02.2017Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 16-dan fevralın 7-dək olan müddətdə şəhər ərazisindəki 4 mağazadan pul, ərzaq məhsulları, spirtli içki, tütün məmulatı və danışıq kartları oğurlamaqda şübhəli bilinən Lənkəran şəhər sakinləri olan 4 nəfər saxlanılıb. Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların fevralın 7-də daha bir mağazadan oğurluq etmələri də müəyyən edilib.