Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Ümumi çəkisi 600 kq olan, mənşəyi bilinməyən ət aşkar edilərək götürülüb

09.02.2017

Fevralın 9-da DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Karantin Tədbirlərini Təmin edən Əlahiddə Polis Taboru, Sabirabad RPŞ və Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Nəzarəti Xidməti əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində rayonun Xəlfəli kənd sakini Əlifxan Şahverdiyevin həyətinə baxış zamanı ümumi çəkisi 600 kiloqram olan, mənşəyi bilinməyən ət aşkar edilərək götürülüb.
Qeyd edilən ətdən götürülən nümunə ekspertizadan keçirilməsi üçün  Dövlət Baytarlıq Nəzarəti Xidmətinin laboratoriyasına təhvil verilib.

09.02.2017 tarixinə olan kriminal məlumatlar