Narkotik vasitə ilə tutulan Hacı Mustafayevin və Rauf Quliyevin 5 evdən kombi aparatları oğurlamaları da müəyyən edilib
09.02.2017Narkotik vasitə ilə fevralın 4-də tutulan Hacı Mustafayevin və Rauf Quliyevin ətraflarında Abşeron RPİ əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onların ötən il noyabrın 22-dən cari il fevralın 7-dək olan müddətdə rayon ərazisindəki 5 evdən kombi aparatları oğurlamaları da müəyyən edilib.