Masallı rayonunun Qızılavar kəndində yol-nəqliyyat hadisəsi
08.02.2017Fevralın 8-də saat 23 radələrində Masallı rayonunun Qızılavar kəndində rayon sakini Həbib Ağayev idarə etdiyi "Ford Transit" markalı avtomobillə yolun kənarı ilə gedən piyadalar - Tohid İbrahimovu, Yunus Həsənovu və Rüfət Bədəlovu vurub. Hər üç piyada xəstəxanaya yerləşdirilib, R.Bədəlov orada ölüb.
Masallı RPŞ tərəfindən araşdırma aparılır.