Nəsimi rayonunun Azadlıq prospektindəki yeraltı keçiddə yerləşən mağazadan soyğunçuluq yolu ilə qol saatı aparan şəxslər tutulublar
07.02.2017Fevralın 6-da Nəsimi rayonunun Azadlıq prospektindəki yeraltı keçiddə Masallı rayon sakini Nurlan Talıbova məxsus mağazaya gələn 2 naməlum şəxs oradan soyğunçuluq yolu ilə 165 manat dəyərində 1 ədəd qol saatı aparıblar.
Hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Amal Məlikov və Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Samir Xalıqov Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən tutularaq 22-ci PB-yə təhvil veriliblər.