DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Mobil telefonlar oğurlamaqda şübhəli bilinən paytaxt sakini Ramil Əliyev tutulub

05.02.2017

Fevralın 5-də Səbail rayonunun Badamdar şossesindəki avtomobillərin təmiri sexlərindən birində, orada işləyən Bakı şəhər sakinləri İsgəndər Salahova və Rüstəm Mövsümlüyə məxsus mobil telefonlar oğurlanıb.
Hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Ramil Əliyev Metropolitendə Polis Şöbəsi əməkdaşları tərəfindən metronun "Əhmədli" stansiyası ərazisində tutulub.