Qanunsuz ov etdikləri üçün Akif Əliyev və Samir İbrahimov saxlanılıblar
04.02.2017Baş İctimai Təhlükəsizlik İdarəsi, Biləsuvar RPŞ və Ağcabədi RPŞ əməkdaşları tərəfindən fevralın 4-də həmin rayonların ərazisində qanunsuz ov etdikləri üçün Akif Əliyev və Samir İbrahimov saxlanılıblar. Onlardan müvafiq sənədləri olmayan 2 ədəd “TOZ-16” markalı ov tüfəngi götürülüb.