Avtomobil qaçırmaqda şübhəli bilinən həmyerlisi Rəşad Umudov saxlanılıb
04.02.2017Fevralın 3-də Saabirabad şəhərinin Q.Namazəliyev küçəsindən şəhər sakini Vüqar Zeynalova məxsus “VAZ-21015” markalı avtomobil qaçırılıb.
Sabirabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 4-də qeyd edilən avtomobil şəhərin Füzuli küçəsində tapılıb. Hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi Rəşad Umudov saxlanılıb.