Daşkəsən şəhər sakini İlhamə Bayramovanın dələduzluq etməsi müəyyən edilib
27.01.2017Daşkəsən RPŞ əməkdaşlarının bir qrup sakinin müraciəti əsasında həyata keçirdikləri tədbirlər nəticəsində şəhər sakini İlhamə Bayramovanın 2016-cı ilin aprel-oktyabr ayları ərzində həmyerliləri Xudayar Ələkbərovu, Aybəniz Vəliyevanı, Rüfət Məmmədovu və Nüşabə Məmmədovanı aldadaraq onlardan ümumilikdə 6500 manat və 2000 ABŞ dolları pul, habelə qızıl əşyalar alması müəyyən edilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.