Avtomobil qaçırmaqda şübhəli bilinən Tərtər rayon sakini Elməddin Xıdırov, Ağstafa rayon sakini Famil Həsənov və Lənkəran şəhər sakini Nahid Qasımov tutulublar
24.01.2017Yanvarın 21-dən 24-dək olan müddətdə Nəsimi rayonu ərazisindən Bakı şəhər sakini Əyyub Səfərova məxsus “VAZ-2107” markalı avtomobil qaçırılıb.
Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş Elməddin Xıdırov, Ağstafa rayon sakini Famil Həsənov və Lənkəran şəhər sakini Nahid Qasımov tutulublar.
Ətraflarında aparılan əməliyyat tərbirləri ilə onların yanvarın 21-də rayon ərazisində Sumqayıt şəhər sakini Elçin İsmayılova və Lənkəran şəhər sakini İlham Məlikzadəyə zor tətbiq edib onlardan 200 manat pul almaları da müəyyən edilib.