Sumqayıt şəhəri ərazisindəki apteklərdən birində satıcı işləyən Ş.Əliyev və R.Qasımov satışına məhdudiyyət qoyulmuş psixotrop dərmanların satışı ilə məşğul olduqlarına görə saxlanılıblar
22.01.2017Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki apteklərdən birində satıcı işləyən Şirxan Əliyev və Rəcəb Qasımov satışına məhdudiyyət qoyulmuş psixotrop dərmanların satışı ilə məşğul olduqlarına görə saxlanılıblar.
Aptekə baxış zamanı 7030 ədəd "Tramadol", 250 ədəd "Tropi" və 275 ədəd "Paden" psixotrop dərmanları aşkar edilərək götürülüb.