Quldurluq etdiyinə görə tutulan K.Rüstəmovun və İ.İsmayılovun Bakı şəhər sakini V.Mənsimovla birgə 2 evdən oğurluq etmələri də müəyyən edilib
22.01.2017Quldurluq etdiyinə görə yanvarın 20-də tutulan Kamran Rüstəmovun və İsmayıl İsmayılovun ətraflarında Binəqədi RPİ 4-cü PB əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onların Bakı şəhər sakini Vüsal Mənsimovla birgə 2 evdən 700 manat pul, qızıl üzük, velosiped və məişət əşyaları oğurlamaları da müəyyən edilib. Həyata keçirlən tədbirlərlə V.Mənsimov tutulub.