Nərimanov rayonunun Z.Bünyadov prospektində yol-nəqliyyat hadisəsi
20.01.2017Yanvarın 20-də saat 01 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Masallı rayon sakini Ceyhun Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən Ağdam rayon sakini Oqtay Gülmalıyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.
Nərimanov RPİ tərəfindən araşdırma aparılır.