Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Fərhad Ağayev, Zaur Hüseynov və Nihad Sudeyibzadə tutulublar
18.01.2017Yanvarın 1-dən 6-dək olan müddətdə Xətai rayonunun Neapol küçəsində Bakı şəhər sakini Bilal Qasımova məxsus avtomobillərin təmiri sexindən avtomobil ehtiyyat hissələri oğurlanıb.
Xətai RPİ 34-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hasdisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Fərhad Ağayev, Zaur Hüseynov və Nihad Sudeyibzadə tutulublar.
Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların daha 15 avtomobildən oğurluq etmələri, habelə 2 avtomobilin şüşələrini sındırmaları da müəyyən edilib.