DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 99 cinayət faktı qeydə alınmışdır

12.01.2017

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 99 cinayət faktı qeydə alınmış, onların da 33-ü “isti izlər”lə açılmışdır. 

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. 
  • Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 1 nəfər yaralanmışdır. 
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilmişdir. 
  • Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər tutulmuşdur.

12.01.2017 tarixinə olan kriminal məlumatlar