DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Quba şəhəri ərazisindən "VAZ-2106" markalı avtomobili qaçırmaqda şübhəli bilinən B.Nuradov tutulmuşdur

09.01.2017

Yanvarın 9-da Quba şəhəri ərazisindən şəhər sakini Murad Mürsəliyevə məxsus "VAZ-2106" markalı avtomobil qaçırılmışdır. Avtomobil həmin gün Qam-Qam kəndi ərazisində tapılmışdır.

Quba RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Bilal Nuradov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 1-də həmyerlisi Toğrul İbrahimovla birgə rayon ərazisində daha 2 avtomobili qaçırması da müəyyən edilmişdir.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə T.İbrahimov da tutulmuşdur.

09.01.2017 tarixinə olan kriminal məlumatlar