Lənkəran rayonunda yaşayan Zəngilan rayon sakini F.Hüseynovanı qətlə yetirərək evini qarət etmiş şəxslər saxlanılmışlar
30.12.20162013-cü il may ayının 15-də Lənkəran rayonunun Şürük kəndində yaşayan Zəngilan rayon sakini Fəxriyyə Hüseynovanın evində sobanın üstündə yanmış meyiti tapılmışdı.
Daxil olmuş məlumat əsasında Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə qeyd edilən tarixdə F.Hüseynovanın evinə qarət məqsədilə gəlmiş qonşuları Elgün Həşimov, Yaqut Əliyeva və Xanım Həsənovanın onu elektrik sobasının üstünə itələyib yıxaraq oradan 9100 manat pul və qızıl əşyalar aparmaları müəyyən edilmişdir.
Həyata keçirilmiş tədbirlərlə E.Həşimov, Y.Əliyeva və X.Həsənova saxlanılmışlar.Faktla əlaqədar cinayət işi başlanılmış, araşdırma aparılır.