"Faza" MTK-ya məxsus yardımçı stansiyadan 400 metr kabeli oğurlamağa cəhd göstərmiş V.Məmmədov saxlanılmışdır
30.12.2016Dekabrın 30-da Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində yerləşən "Faza" MTK-ya məxsus yardımçı stansiyadan 400 metr kabeli oğurlamağa cəhd göstərmiş paytaxt sakini Vüsal Məmmədov oranın mühafizəçisi tərəfindən saxlanılmış və Suraxanı RPİ 32-ci PB-yə təhvil verilmişdir.