Saatlı rayonunun Əliabad kəndində 14 yaşlı Sabir Dadaşov tüfənglə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən ayağından aldığı xəsarətlə xəstəxanaya yerləşdirilmişdir
27.12.2016Dekabrın 27-də Saatlı rayonunun Əliabad kəndində 14 yaşlı Sabir Dadaşov evdə atası Cabirə məxsus tüfənglə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən ayağından aldığı xəsarətlə xəstəxanaya yerləşdirilmişdir.
Saatlı RPŞ əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan “İJ-17” markalı ov tüfəngi götürülmüşdür.
Araşdırma aparılır.