Mağazalardan mobil telefon oğurlamaqda şübhəli bilinən Astara rayon sakini Elnur Əsgərov tutulmuşdur
18.12.2016Binəqədi RPİ 5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 11-də "Baku Electronics" MMC-yə və 23-də isə Bakı şəhər sakini Sənan Bağırova məxsus mağazalardan mobil telefon oğurlamaqda şübhəli bilinən Astara rayon sakini, əvvəllər məhkum olunmuş Elnur Əsgərov tutulmuşdur.